AUT.AZ

Klopp getdi, o qayıtdı

“Liverpul” sabiq direktoru Maykl Edvardsı geri qaytardığını elan edib .

Aut.az xəbər verir ki, o, 2022-ci ildə komandadan ayrılıb. Funksioner baş məşqçi Yurgen Klopp ilə fikir ayrılığına görə postunu tərk etməli olub. Halbuki Kloppu 2016-cı ildə “Liverpul”a dəvət edən məhz Edvards olub. Lakin almaniyalı mütəxəssisiin gedişi ilə əlaqədar kluba qayıdıb. O, indi icraçı direktor vəzifəsini icra edəcək.

İdman direktoru isə Riçard Hyuz olacaq . O, 10 il “Bornmut”da eyni vəzifədə çalışıb.

Bu ikili ilk olaraq komandaya yeni baş məşqçi axtarışında olacaq.

Qeyd edək ki, Yurgen Klopp mövsümün sonunda “Liverpul”un baş məşqçi postunu tərk edəcək.

Exit mobile version