AUT.AZ

Azərbaycanlı boksçu Olimpiya Oyunlarına lisenziya qazandı

İtaliyanın Busto Arsizio şəhərində I Dünya Olimpiya Təsnifat Turniri davam edir.

Aut.az xəbər verir ki, boksçumuz Nicat Hüseynov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

51 kq çəkidə mübarizə aparan ikiqat Avropa çempionu 1/4 finalında Rosko Hillə (ABŞ) qalib gəlməklə buna nail olub.

Bu görüşədək dünya çempionatının bürünc medalçısı Deepak Deepak (Hindistan), mundialın finalçısı, Avropa çempionu Sahil Alahverdovi (Gürcüstan) və qitə ikincisi Rudolf Qarboyan üzərində inamlı qələbə qazanan Hüseynov bu dəfə də rinqdən qalib ayrılıb. Dünya çempionatının gümüş medalçısı olan amerikalı rəqibini 3:2 hesabı ilə məğlub edən yığma üzvü yarımfinala yüksəlməklə lisenziyaya sahib olub.

Nəticədə boks yığmamızın Paris-2024-ə qazandığı vəsiqələrin sayı 3-ə yüksəlib. Hüseynovdan öncə III Avropa Oyunlarında Murad Allahverdiyev (80 kq) və Məhəmməd Abdullayev (+92 kq) Olimpiadada iştirakını rəsmiləşdirib.

Exit mobile version