AUT.AZ

Usikin komandası Coşuaya təşəkkür etdi

Aleksandr Usikin promouteri Aleksandr Krasyuk Entoni Coşuaya təşəkkür edib.  

Aut.az xəbər verir ki, Coşuanın Fransis Nqannunu nokaut etməsi Usikin komandasını məmnun edib.

“Entoni, əsl boksun nə olduğunu göstərdiyiniz üçün təşəkkür edirəm. Sizə uğurlar, Allah sizi qorusun”, – Krasyuk qeyd edib.

Artıq iki dəfə Coşuanı məğlub edən Usikin britaniyalı ilə üçüncü döyüşünü keçirməsi mümkündür. Əgər o, Tayson Fyurini məğlub edərsə, bu döyüş ola bilər.

Bütün titullar uğrunda mübarizə mayın 18-də baş tutacaq, sonra isə revanş mümkündür.

Aut.az

Exit mobile version