AUT.AZ

Rəqibin belinə minib “yəhərlədi” və çapdı – VİDEO

Braziliyanın ikinci divizionunda “Baraunas”la  və “America Natal” arasında keçirilən oyunda meydandan qovulmağa səbəb olan qəribə epizod baş verdi.

Aut.az xəbər verir ki, “Baraunas”ın hücumçusu Leo Baia amerikalı müdafiəçi Rafael Yensenlə top uğrunda mübarizə apararkən rəqibinin kürəyinə tullanıb.

O, rəqibi çapırmış kimi jest edib. Yensen həyasız “atlı”nı yerə tullayıb. Bundan sonra onlar tutaşıblar. Hakim hər iki oyunçunu meydandan qovub.

Yeri gəlmişkən, bu epizod matçın ən yaddaqalan anı olub. Çünki oyun qolsuz bərabərliklə başa çatıb.

Aut.az

Exit mobile version