AUT.AZ

Premyer Liqa ilə La Liqanın fərqini açıqladı

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasını İngiltərə Premyer Liqası ilə müqayisə edib.

Aut.az xəbər verir ki, italyan mütəxəssis bu sözləri deyib:

“Bu liqalar fərqlidirlər. Bu, onlardan birinin daha yaxşı və ya daha pis olmasını demək asan deyil. Premyer Liqada daha az taktika var. Taktiki müstəvidə La Liqa İngiltərə liqasından qat-qat üstündür. Əgər intensivlik və ritmdən danışırıqsa, o zaman İngiltərə liqasında daha çox ola bilər. Ancaq İspaniya liqasında daha çox taktiki yanaşma var”.

Qeyd edək ki, Ançelotti Premyer Liqada “Çelsi” (2009-2011) və “Everton”a (2019-2021) başçılıq edib.

Exit mobile version