AUT.AZ

“O, mənə bir az Zidanı xadırladır”

“Real”ın sabiq futbolçusu Ronaldo Nazario Madrid klubunun yarımmüdafiəçisi Cud Bellinqhemin potensialı haqda fikirlərini bildirib.

Aut.az xəbər verir ki, braziliyalı əfsanə ingilis yarımmüdafiəçini sabiq komanda yoldaşı Zinəddin Zidana bənzədib:

“Onun oynaması xoşuma gəlir. Bellinqemi izləmək çox xoşdur. “Real” kimi oynayır və demək olar ki, hər matçda qol vurur. Hər addımda irəli gedir. “Bernabeu”da olarkən Bellinqhemin bacarığı ilə məni heyran etdi. O, zirvələrə doğru elə sürətlə addımlayır. Qol vurmaq istəyini dərhal görə bilərsiniz. Bellinqhem mənə bir az Zidanı xatırladır”.

Qeyd edək ki, 20 yaşlı Bellinqhem bu mövsüm La Liqada Madrid klubunun heyətində 22 oyunda 16 qol vurub.

Exit mobile version