AUT.AZ

Mayk Tayson blogerlə döyüşə belə hazırlaşır – VİDEO

Sabiq dünya çempionu Mayk Tayson (50-6, 44 KO) hazırda döyüş karyerası ilə fəal məşğul olan bloger Ceyk Pol (9-1, 6 KO) ilə rinqə çıxacaq. Döyüş iyulun 20-nə təyin edilib.

Aut.az xəbər verir ki, əfsanəvi Tayson bu döyüşə necə hazırlaşdığını əks etdirən video paylaşıb.

Döyüş zamanı Taysonun 58 yaşı olacaq, rəqibi ondan 30 yaş kiçikdir.

Maykın son döyüşü 2020-ci ildə Roy Consa qarşı olub. Bu, heç-heçə bitən və boksçuların statistikasına düşməyən sərgi döyüşü olub.

Aut.az

 

Exit mobile version