AUT.AZ

Hakim futbolçunu ölümdən belə xilas etdi – VİDEO

Almaniya Bundesliqasının “Bayern” – “Maynts” oyununda (8:1) həyəcanlı anlar yaşanıb.

Aut.az xəbər verir ki, görüşün 33-cü dəqiqəsində “qonaqların”ın futbolçuları Yoşua Qilavoqi və Entoni Caci toqquşublar. Bu vaxt birinci üzü üstə yerə yıxılıb və hərəkətsiz qalıb. Onun dili qatlanaraq nəfəs borusunu bağlayıb.

Matçın baş hakimi Patrik İtriç isə dərhal futbolçunun yanına qaçıb. Referi oyunçuya kömək etməyə çalışıb. O, Yoşuanı yan tərəfə çevirib və onu boğulmaqdan xilas edib. Daha sonra tibbi heyət hadisəyə müdaxilə edib.

Yoşua özünə gəlsə də, həkimlər matça davam etməsinə icazə verməyiblər.

Exit mobile version