AUT.AZ

FİFA və UEFA bu milliyə Rusiya ilə oynamağa icazə verdi

Belarus millisi Rusiya ilə yoldaşlıq oyunu keçirmək üçün FİFA və UEFA-dan icazə alıb.

Aut.az xəbər verir ki, bu barədə Belarus Futbol Federasiyasının sədrinin birinci müavini Andrey Vasileviç məlumat verib:

“UEFA nümayəndələri ilə işgüzar görüş və söhbət oldu, orada müəyyən razılıqlar əldə olundu. FİFA-nın bizə qarşı heç bir şikayəti yoxdur və Elə UEFA-nın da. Etiraz etmirlər, əgər etirazlar olsaydı, düşünürəm ki, bizə müvafiq nota göndəriləcək”.

Rusiya və Belarus yığmaları arasında oyun 2024-cü ilin iyununda, böyük ehtimalla Minskdə baş tutacaq.

Xatırladaq ki, Rusiya millisi martın 21-də Serbiya, martın 25-də isə Paraqvayla qarşılaşacaq.

Exit mobile version