AUT.AZ

Çempion komandasını dəyişəcək?

“Formula 1” üzrə üçqat dünya çempionu Maks Ferstappen mövsümünün sonunda “Red Bull”u tərk edə bilər.

Aut.az xəbər verir ki, niderlandlı pilotun mövsüm ərzində komandasını dəyişmə ehtimalı var. Bu barədə “Mail Sport” məlumat yayıb.

Verstappenin “Red Bull”dan ayrılmaq istəyi nalayiq davranışda ittiham edilən komanda lideri Kristian Hornerin bəraət alması və idman məsləhətçisi Helmut Markonun komandanı tərk etməsi ilə bağlıdır.

Bu halda domino effekti başlaya bilər: Verstappen “Mercedes”ə keçə bilər. O, “Ferrari”yə transfer olunan Lyuis Hemiltonun əvəzləyicisi ola bilər. Maksın “Red Bull”dakı Fernando Alonso tuta bilər.

Exit mobile version