AUT.AZ

Boksçu öldürüldü: Bu dəfə bəxti gətirmədi

Keçmiş IBF International və IBF Avropa çempionu Besar Nimani 38 yaşında öldürülüb.

Aut.az xəbər verir ki, sabiq boksçu şənbə günü axşam saatlarında Almaniyanın Bielefeld şəhərində restoranda çıxarkən güllələnib. O, hadisə yerindəcə vəfat edib.

Nimani əvvəllər də atışmada iştirak edib. 11 il əvvəl, 2013-cü ildə idmançı Bielefeldin mərkəzində mübahisədən sonra yaralanıb, nəticədə iki güllə onun bud və dizi nahiyəsindən dəyib.

Besar 1985-ci ildə Kosovoda anadan olub. 1997-ci ildə Almaniyaya köçüb və orada yaşayıb. 2011-2019-cu illərdə rinqdə keçirdiyi 27 peşəkar döyüşün 26-da qalib gəlib. Nimaninin bir oğlu (2015-ci il təvəllüdlü) və iki qızı (2020 və 2021-ci il təvəllüdlü) var idi.

Exit mobile version