AUT.AZ

10-cu ev qələbəsi

“Turan Tovuz” Misli Premyer Liqasında 10-cu ev qələbəsini qazanıb.

Aut az xəbər verir ki, bu, 26-cı tura təsadüf edib.

Ayxan Abbasovun yetirmələri doğma divarlar arasında “Araz-Naxçıvan”ın qapısından iki cavabsız qol keçirib.

10-cu ev qələbəsi 31-ci matça təsadüf edib. Tovuz təmsilçisi öz meydanında 8 heç-heçə edib və 13 dəfə uduzub.

“Turan Tovuz”un ilk ev qələbəsi Premyer Liqada debüt etdiyi 2022/23 mövsümünə təsadüf edib. 2022-ci il sentyabrın 9-da tovuzlular “Kəpəz”i 2:0 hesabı ilə üstələyib.

Exit mobile version