TNT-nin idman şərhçisi Ueyn Runi hücumçu Markus Reşfordun “Mançester Yunayted”dəki statusundan danışıb.
Aut.az xəbər verir ki, “qırmızı şeytanlar”ın əfsanəsi bu sözləri deyib:
“Onun klubda xüsusi mövqeyi var. Mənim üçün o, rekordumu qıra biləcək yeganə oyunçudur. Markusu indiki komandanın lideri kimi görmürəm. O, özünü ən yaxşı şəkildə aparmır. Əslində “Yunayted”dən təcrid oluna bilər. Bu, çox pis sonluq olacaq. Ola bilsin ki, klubu dəyişsin”.
Qeyd edə ki, Runi “Mançester Yunayted” tarixində ən yaxşı qol vuran futbolçudur. Ueynin aktivində 253 qol var. Reşford isə 130 qol vurub.