AUT.AZ

Bu xəstəlikdən əziyyət çəkdiyini bildirdi

Əslən Kiyevdən olan 22 yaşlı alman tennisçi Eva Lis autoimmun revmatik xəstəlikdən əziyyət çəkdiyini bildirib.

Aut.az xəbər veririk, gənc idmançıya spondiloartrit diaqnozu qoyulub.

Lis sosial şəbəkələrdə yazıb: “Bu, idman stressi ilə birlikdə gündəlik olaraq qarşılaşmalı olduğum fiziki problemdir”.

Bununla belə, “həkimlərin əla dəstəyi və müalicəsi” sayəsində tennisçi hələ də idman karyerasını davam etdirməyə ümid edir.

“Ən yaxşı tərəfimi göstərmək arzusundayam. Amma ümumilikdə bütün bu vəziyyət məni daha da gücləndirdi. Əminəm ki, idmana olan həvəsim məni alovlandırmağa davam edəcək”, – Lis əlavə edib.

Qeyd edək ki, bu mövsüm tennisçi yalnız Kanberrada (Avstraliya) keçirilən “Challenger” turnirində, eləcə də Avstraliya Açıq və Dubayda (BƏƏ) keçirilən WTA-500 turnirində çıxış edib və təsnifat mərhələsində uduzub.

Aut.az

Exit mobile version