AUT.AZ

“Barsa” bu ideyadan imtina etdi

“Barselona” texniki sponsorun dəyişdirilməsi prosesi üzərində işləməyə davam edir.

Aut.az xəbər verir ki, bu barədə RAC1 məlumat yayıb.

İspaniya komandası hazırkı texniki sponsoru Amerikanın “Nike” şirkətidir.

Mənbənin bildirdiyinə görə, Blaugrana rəhbərliyi öz brendi altında formalar buraxmaq fikrindən daşınıb. Qeyd olunur ki, “Nike” və alman təchizatçısı “Puma” Barselona ilə əməkdaşlıq uğrunda mübarizə aparır.

Amerika şirkətinin nümayəndələri artıq Blaugrana bosslarına təkmil təklif irəli sürüblər, lakin “Puma” “Nike”ın istənilən təklifini 20-30 milyon avro artırmağa hazırdır.

Hazırda bütün maraqlı tərəflər arasında danışıqlar davam edir.

Daha əvvəl bildirilmişdi ki, “Puma” “Barselona”ya “Nike”dan təxminən iki dəfə çox pul ödəmək niyyətindədir. Hazırda Amerika brendi “Blaugrana”ya mövsümdə 105 (80+25) milyon avro məbləğində sponsorluq edir, alman şirkəti isə kataloniyalılara ildə 200 (170+30) milyon avro ödəməyə hazırdır.

Aut.az

Exit mobile version