AUT.AZ

Əfsanələrin sırasına qoşuldu: Gənc yaşda bunu bacaran olmayıb

“Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula 1″də 2024 mövsümünün Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi olub.

Aut.az xəbər verir ki, 26 yaşlı sürücü karyerasında 100-cü dəfə podiuma yüksəlib. Niderlandlı pilot “Formula 1” tarixində bu uğura imza atan ən gənc sürücü olub.

Ondan başqa Kimi Raykkonen (103), Fernando Alonso (106), Alen Prost (106), Sebastyan Fettel (122), Mixael Şumaxer (155) və Lyuis Həmilton (197) karyeralarında daha çox podiuma sahibdirlər. Ancaq onların heç biri buna 26 yaşına qədər nail ola bilməyiblər.

Exit mobile version