AUT.AZ

Ona rəqib yoxdur: Yenə birinci oldu

“Red Bull” komandasının pilotu Maks Ferstappen Səudiyyə Ərəbistanı Qran Prisinin qalibi olub.

Aut.az xəbər verir ki, niderlandlı pilot ilk mövqedən başlayıb və üstünlüyünü əldən verməyib. Ferstappenin komanda yoldaşı Serxio Peres yarışı ikinci pillədə başa vurub. Üçüncü yeri “Ferrari” təmsilçisi Şarl Lekler tutub.

İlk 5-liyə “Aston Martin”dən Fernando Alonso da daxil olub. “Mercedes” pilotu Lyuis Hemilton isə yarışı 9-cu sırada başa vurub.

Qeyd edək ki, Maks Ferstappen Bəhreyndə keçirilən mövsümün ilk mərhələsində də birinci olmuşdu.

Exit mobile version