AUT.AZ

Nistelroyun rekordunu qırdı

“Mançester Yunayted” futbolçuları İngiltərə Premyer Liqasının (APL) 28-ci turu çərçivəsində evdə “Everton”a 2:0 hesabı ilə qalib gəlib/

Aut.az xəbər verir ki, qolları penaltidən müvafiq olaraq Bruno Fernandes və Markus Reşford vurub.

Fernandes penaltidən vurduğu qollara görə klubun rekordçusu olub – 29. Portuqaliyalı yarımmüdafiəçi Ruud van Nistelroyu geridə qoyub.

Qeyd edək ki, “Mançester Yunayted” 47 xalla Premyer Liqada altıncı pillədə qərarlaşıb. “Everton” isə 25 xalla 16-cı yerdədir.

Exit mobile version