AUT.AZ

Məşhur futbolçuya həbs cəzası tələb edildi

Lüksemburq millisinin hücumçusu Jerson Rodriqes 15 aylıq həbs cəzası ala bilər.

Aut.az xəbər verir ki, bu barədə “RTL Today” məlumat yayıb. 2022-ci ildə forvard keçmiş sevgilisinə qarşı ailədaxili zorakılıqda ittiham olunurdu. Prokuror həmçinin zərərçəkənə təzminat tələb edib.

Çərşənbə günü, martın 6-da Jersonun iştirak etmədiyi məhkəmədə oyunçuya 15 ay həbs cəzası tələb olunub.  Məhkəmə hökmü martın 27-də elan edəcək.

Aut.az

Exit mobile version