AUT.AZ

Keyn 60 illik tarixi rekordu təkrarladı

“Bavariya”nın hücumçusu Harri Keyn Almaniya çempionatının 25-ci turunun “Maynts”la matçında (8:1) het-trik edib.

Aut.az xəbər verir ki, İngilis futbolçu bu mövsüm Bundesliqada 30 qol vurub. “Opta Sports”un məlumatına görə, yalnız Uve Seeler Almaniya çempionatında debüt mövsümündə (1963/64) bu qədər qol vurub.

Keyn Münhen klubuna keçən yay “Tottenhem”dən keçmişdi. 30 yaşlı futbolçu bu mövsüm “Bavariya”nın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 36 qol vurub və 10 məhsuldar ötürmə edib.

Exit mobile version