AUT.AZ

“Barselona”ya fantastik təklif: 200 milyon avro

“Barselona”nın hücumçusu Lamin Yamal PSJ-nin futbolçusu ola bilər.

Aut.az xəbər verir ki, bu barədə İspaniyanın nüfuzlu “Marca” qəzeti məlumat yayın.

Qeyd olunur ki, Parislilər Kilian Mbappenin gedişindən sonra 16 yaşlı “Barsa”nın vunderkindini almaq üçün hər şeyi etməyə hazırdırlar. İspaniyalı futbolçunun agenti Xorxe Mendeş Kataloniya klubunun rəhbərliyi ilə bu yaxınlarda keçirdiyi görüşdə PSJ-nin belə bir məbləğ ödəməyə hazır olduğunu bildirib.

Maliyyə çətinliklərinə baxmayaraq, “Barselona” futbolçunu saxlamağa çalışacaq. Rəhbərlik Yamalı növbəti onillikdə komandanın əsas fiquru kimi görür.

Exit mobile version