AUT.AZ

Səudiyyədə keçirilən turniri qazandı, bu qədər mükafat aldı

İngilis Ronnie O’Sullivan belçikalı Luka Breselə qalib gələrək (5:2) Səudiyyə Ərəbistanında keçirilən “World Masters of Snooker” turnirinin ilk qalibi olub .

Aut.az xəbər verir ki, 7 freymdən 5-ni qazanan 48 yaşlı Ronni kuboku və baş mükafatı – 250 min funt sterlinq alıb.

Ronnie O’Sullivan mövsümdə beşinci titulunu qazanıb və bir mövsümdə qazanılan ən çox pul mükafatı üzrə Cudd Trampın rekordunu qırıb. Dünyanın bir nömrəsi O’Sullivan 2023/24 mövsümündə yeddirəqəmli pul mükafatı alıb.

Aut.az

Exit mobile version