AUT.AZ

Nistelroy İspaniya klubunun düşərgəsində nə gəzir?

“Real” və “Mançester Yunayted”in sabiq hücumçusu, əvvəllər PSV-nin baş məşqçisi vəzifəsində çalışmış Rud van Nistelroy İspaniyanın “Betis” klubunun düşərgəsindədir.

Aut.az xəbər verir ki, Nistelroy bu ziyarətin səbəbini açıqlayıb.

“Mən xüsusi olaraq təcrübə mübadiləsi, məşqçi və onun texniki heyəti ilə ünsiyyət üçün gəlmişəm. Bütün departamentlərdə “Betis” ilə daha yaxından tanış olmaq istəyirəm. Keçən il PSV-də yaşadıqlarımı Pelleqrini kimi böyük təcrübəyə malik bir məşqçi ilə bölüşmək üçün çox yaxşı andır. “Betis” çox böyük klubdur, çox yaxşı gənclər akademiyası var, mən də ora baş çəkəcəyəm.

Burada qaynar həftəm var və bazar günü oyuna gedəcəyəm (“Vilyarreal”la- red.). Mən İspaniyada ola biləcək növbəti işim üçün bu təcrübədən yararlanmaq istərdim. Kim bilir, nə olacaq”, – AS van Nistelroydan sözlərini sitat gətirib.

Aut.az

Exit mobile version