AUT.AZ

Çempionlar Baydenlə görüşmək istəmirlər

Milli Basketbol Assosiasiyasının (MBA) hazırkı çempionu “Denver Naggets” klubun ABŞ prezidenti Co Baydenlə Ağ Evdə keçirilən ənənəvi görüşdən imtina edir.

Aut.az xəbər verir ki, bu barədə “Sports Illustrated” məlumat yayıb.

“Naggets”in yanvarın sonunda Ağ Evə planlaşdırılan səfəri, Bayden administrasiyası tərəfindən martın 18-nə təxirə salınıb.

“Denver”in martın 19-na planlaşdırılan Qərb Konfransının lideri “Minnesota Timbervolves” ilə vacib səfər matçına hazırlıq səbəbindən Ağ Evə səfərini ləğv etdiyi bildirilir.

Qeyd edək ki, son çempionlar konfransda üçüncüdür və “Minnesota”dan cəmi bir qələbə geri qalır.

Exit mobile version