AUT.AZ

“Bu, əsrin döyüşüdür”

Britaniyalı boksçu Tayson Fyuri ağır çəkili boks üzrə mütləq dünya çempionu titulu uğrunda ukraynalı Aleksandr Usiklə döyüşlə bağlı fikirlərini bölüşüb:

Aut.az xəbər verir ki, təcrübəli idmançı onlar arasında baş tutacaq dueli əsrin döyüşü adlandırıb:

“Bu, əsrin döyüşüdür. Mən bunu belə adlandırdım. Coşua, Çisora ​​və Duboysi məğlub edən Usik var. Mən üç dəfə Uaylderə, Dillian Uyete və həmçinin Kliçkoya qalib gəlmişəm. Beləliklə, sona bizim ikimiz qalmışıq. Amma davam edirik. Heç kim qalmayana qədər davam edəcəyik”.

Xatırladaq ki, 2024-cü ilin ən çox gözlənilən döyüşü mayın 18-də Ər-Riyadda baş tutacaq.

Exit mobile version