AUT.AZ

Anons verdi: Bir dövr başa çatmaq üzrədir

Hazırda dünyanın bir nömrəli tennisçisi olan Novak Cokoviç açıqlama verib.

Aut.az xəbər verir ki, serbiyalı raketka ustası karyerasını başa vurma ehtimalından danışıb:

“Biz bilirik ki, hər birimiz üçün təqaüdə çıxma anı gələcək. Vaxt keçir, Roje Federer artıq təqaüdə çıxdı, mənim və Rafael Nadalın karyerasının sonu da uzaqda deyil. Bu dövr başa çatmaq üzrədir. Kədərlidir, amma eyni zamanda məncə, o qədər gözəl matçlar və elə anlar var ki, biz onları daim xatırlaya, bunları yaşadığımız üçün sevinə bilərik.”

Xatırladaq ki, 42 yaşlı Roje Federer 2022-ci ilin sentyabrında Londonda keçirilən Laver Kubokunda mübarizə apardıqdan sonra tennisdən ayrılıb.

Exit mobile version