AUT.AZ

Xavi: Yalnız o, “Barselona”nı bu vəziyyətdən çıxara bilər

FC Barcelona, Barca v CA Osasuna - LaLiga EA Sports Xavi Hernandez head coach of FC Barcelona looks on prior the LaLiga EA Sports match between FC Barcelona and CA Osasuna at Estadi Olimpic Lluis Companys on January 31, 2024, in Barcelona, Spain. Barcelona Estadi Olimpic Lluis Companys Catalunya Spain RL_FCBvOSA_019 Copyright: xRicardoxLarreinax

“Barselona”nın baş məşqçisi Xavi klub prezidenti Xuan Laporta barədə danışıb.

Aut.az xəbər verir ki, gənc mütəxəssis təcrübəli funksionerini əməyini yüksək qiymətləndirib:

“Onun işinə daxildən baxaraq çox müsbət qiymət verirəm. Prezident klubu çox çətin iqtisadi məqamda qəbul etdi. Düşünürəm ki, yaxşı iş görür. O, böyük bir işin yarısındadır. Mənim üçün Laporta “Barselona” tarixinin ən yaxşı prezidentidir. Bunu bir daha sübut etməlidir. Bacarıqlıdır, pozitivdir, liderdir. “Barsa”nı indiki vəziyyətdən çıxara biləcək bir adam varsa, o, Laportadır”.

Qeyd edək ki, Xavi mövsümün sonunda “Barselona”nı tərk edəcəyini açıqlayıb.

Exit mobile version