AUT.AZ

Tayson 58 yaşında rinqə çıxacaq – RƏSMİ

Keçmiş mütləq dünya çempionu Mayk Tayson hazırda döyüş karyerası ilə fəal məşğul olan bloger Ceyk Pol ilə rinqə çıxacaq .

Aut.az xəbər verir ki, iyulun 20-də “Netflix”də yayımlanacaq boks gecəsinin əsas döyüşündə onlar qarşılaşacaq. Bu, şirkətin döyüş idmanı bazarına ilk girişi olacaq.

Qeyd edək ki, bu döyüşün peşəkar, yoxsa şou xarakterli olacağı hələ dəqiq deyil. Döyüş zamanı Taysonun 58 yaşı olacaq. Rəqibi isə ondan 30 yaş kiçikdir.

Exit mobile version