AUT.AZ

Şok iddia: “Yunayted” bu 21 futbolçunu satacaq, Reşfordu da

“Mançester Yunayted”in yeni həmsahibi Cim Ratkliff bu yay “qırmızı şeytanlar”ın siyahısında genişmiqyaslı islahat aparmağı planlaşdırır və bunun üçün komandanın 21 futbolçusunu satmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “Manchester Evening News” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Mançester Yunayted”in yeni həmsahibi bu oyunçularla ayrılmağa hazırdır: qapıçı Tom Hiton, sağ cinah müdafiəçisi Aaron Van-Bissaka, mərkəz müdafiəçiləri Rafael Varan, Viktor Lindelof, Conni Evans və Harri Maquayer, yarımmüdafiəçilər Kazemiro, Kristian Eriksen, Sofyan Amrabat, Skott McTominay, hücum oyunçuları Entoni Marsial, Markus Reşford, Entoni, Omari Forson, Amad Diallo.

Potensial satış üçün həmçinin hazırda icarədə olan oyunçular da nəzərdən keçirilir: cinah oyunçuları Fakundo Pellistr, Ceydon Sanço və Meyson Qrinvud, yarımmüdafiəçilər Donni van de Beek və Hannibal Mejbri, müdafiəçi Brandon Uilyams.

Aut.az

Exit mobile version