AUT.AZ

“Siti” onu satacaq

“Mançester Siti” icarə əsasında çıxış edən “Barselona”da müdafiəçisi Joao Kanselonun gələcəyi ilə bağlı qərar verib.

Aut.az xəbər verir ki, “Barsa” icarə müqaviləsini uzatmaq istəyir. Lakin “Siti” bu məsələyə isti yanaşmır. “Şəhərlilər” portuqaliyalı futbolçunu futbolçunun tamhüquqlu satılmasından başqa heç bir variantı nəzərdən keçirmir. Bu barədə “Sport.es” məlumat yayıb .

“Şəhərlilər” portuqaliyalının bu dəfə yalnız ona ən yüksək qiyməti təklif edənə satılacaq. İngiltərə klubu Kanselonu təqribən 40 milyon avro dəyərində qiymətləndirir. Ona Premyer Liqa komandalarından və Səudiyyə Ərəbistanından maraq var. “Barselona” üçün bu məbləğ çox yüksəkdir.

Joaonun özü isə “Barsa”da qalmaq istədiyini açıqlayıb.

Kanselonun “Siti” ilə 2027-ci ilin yayına qədər müqaviləsi var. Bu mövsüm “Barselona”nın heyətində 30 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.

Exit mobile version