AUT.AZ

“Red Bull” onun gedişindən qorxmur: “B” variantı var

“Red Bull” Formula 1 komandasının tailandlı sahibləri  komandanın niderlandlı ulduzu Maks Ferstappenin mümkün gedişindən qorxmur.

 Aut.az xəbər verir ki, bu barədə “F1-Insider” məlumat yayıb.

Bildirilir ki, Tailanddan olan bir qrup investor komandanın hazırkı rəhbəri Kristian Horneri dəstəkləməyə hazırdır və texniki direktor Adrian Nyuiyə ümid bəsləyir və onun getməsini istəmir. “McLaren”dən Oscar Piastri və “Williams”dan Aleks Albon Ferstappenin mümkün əvəzləyicisi ola bilərlər.

Qeyd edək ki, onların hər ikisinin 2025-ci ilə qədər müqaviləsi var.

Aut.az

Exit mobile version