AUT.AZ

“Liverpul”a onu təklif etdi: Dəli olduğumu düşünəcəklər, amma…

İngiltərəli sabiq məşqçi Harri Rednapp “Liverpul”un növbəti baş məşqçisi haqqında fikirlərini bölüşüb.

Aut.az xəbər verir ki, təcrübəli futbol adamı bu posta “qırmızılar”ın əfsanəsi Stiven Cerrardı təklif edib:

“İnsanlar mənim dəli olduğumu düşünəcəklər, amma mən Stiven Cerrardla çalışardım. Mən hələ də ona inanıram”

43 yaşlı ingilis məşqçi hazırda Səudiyyə Ərəbistanında “Əl-İttifaq”ı çalışdırır. Cerrard bundan əvvəl “Aston Villa” (13 qələbə, 8 heç-heçə, 19 məğlubiyyət) və “Reyncers”i (125 qələbə, 41 heç-heçə, 27 məğlubiyyət) çalışdırıb.

Exit mobile version