AUT.AZ

İsrail Olimpiadaya buraxılacaq? – BOK açıqladı

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax bildirib ki, Qəzza zolağında baş verən hadisələrə baxmayaraq, İsrailin Olimpiya statusu müzakirə edilmir.

Aut.az xəbər verir ki, Baxa İsrail komandalarının və idmançılarının 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarından kənarlaşdırılma ehtimalı ilə bağlı sual verilib.

“Xeyr, bu müzakirə mövzusu deyil”, – deyə “Associated Press” BOK rəhbərinin sözlərindən sitat gətirib.

Bax Fransada keçirilən Olimpiadada İsrail yığmasının təhlükəsizliyi məsələsini də qaldırıb.

“İsrail komandasına dəhşətli hücumdan sonra (1972-ci ildə Münhendə keçirilən Olimpiya Oyunları zamanı) həmişə İsrail idmançılarına qarşı xüsusi tədbirlər görülüb. Səlahiyyətlilər hesab edir ki, eyni şey Parisdə, Marseldə və ya İsrailin təmsil olunacağı istənilən başqa şəhərdə də olacaq”, – Bax deyib.

Olimpiya Oyunları 2024-cü il iyulun 26-dan avqustun 11-dək Fransanın paytaxtında keçiriləcək.

Aut.az

 

Exit mobile version