AUT.AZ

Xviça yayda “Napoli”ni tərk edəcək: Agenti detalları açıqladı

“Napoli”nin və Gürcüstan millisinin vingeri Xviça Kvaratsxeliyanın maraqlarını təmsil edən agenti Mamuka Cuqeli müştərisinin gələcəyindən danışıb.

Aut.az xəbər verir ki, Mamuka Xviçanın yayda “Napoli”ni tərk edə biləcəyini deyib.

“Xviçanın gələcəyinə gəlincə, biz “Napoli” rəhbərliyi ilə sıx əlaqə saxlayırıq, bundan sonra nə olacağını görəcəyik. Başqa bir klub bossların rədd edə bilməyəcəyi bir təklif göndərsə, gedəcək.

Konkret məbləğ haqqında danışa bilmərəm, De Laurentiis (“Napoli”nin prezidenti) bunu qiymətləndirəcək. Mayın sonunda hər şeyə aydınlıq gələcək”, – Cuqelinin sözlərini “La Gazzetta dello Sport” sitat gətirib.

Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. Bu mövsüm cinah oyunçusu partenopeyalıların heyətində bütün yarışlarda 35 oyun keçirib, 9 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 80 milyon avrodur.

Aut.az

Exit mobile version