AUT.AZ

UEFA: “Ən yaxşı formada olan iki komanda Bakıda görüşəcək”

UEFA Avropa Liqasının sosial şəbəkə hesabları “Qarabağ” – “Bayer” oyunu ilə bağlı paylaşım edib.
 
Aut.az xəbər verir ki, paylaşımda bildirilib:
“UEFA Avropa Liqasında ən yaxşı formada olan iki komanda  4-cü gün Bakıda görüşəcək”.
Paylaşımda bu mövsüm ölkə çempionatında və Avropa Liqasında ümumilikdə son 5 matçda ən yaxşı nəticələr əldə edən komandalar yer alıb. Leverkuzen təmsilçisi 5 oyundan 5 qələbə ilə siyahının ilk pilləsində qərarlaşıb. “Qarabağ” 5 oyundan 4 qələbə və 1 məğlubiyyətlə 2-ci pillədə yer alıb.
Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Bayer” görüşü saat 21:45-də başlayacaq.
 
Exit mobile version