AUT.AZ

Tezliklə böyük sürprizlər olacaq: Ronaldo onlarla görüşdü – FOTO

Britaniyalı boksçular Entoni Coşua, Tayson Fyuri, qarışıq döyüş sənəti (MMA) döyüşçüsü, kamerunlu Fransis Nqannu, eləcə də məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanında görüşüblər.

Aut.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin rəhbəri, Şahzadə Turki Əl-Şeyx görüşdən çəkilmiş şəkli sosial şəbəkələrdə paylaşıb.

“Əziz dostlarımla, öz sahələrində dünyanın ən yaxşı idmançıları ilə. Tezliklə böyük sürprizlər… Əfsanə Kriştiano Ronaldo ilə Ər-Riyadda bir layihə yaxın aylarda açıqlanacaq. Cümə günü Coşua ilə Nqannou arasında baş tutacaq döyüşü səbirsizliklə gözləyirik. Və əsrin mübarizəsini səbirsizliklə gözləyirik – çempionlar Tayson və Usikin döyüşünü”, – Turki Əl-Şeyx yazıb.

Aut.az

Exit mobile version