AUT.AZ

“Sabah” dan qələbə

Bu gün Sərhədçi İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun B qrupunda növbəti iki oyun keçirilib.

Aut.az xəbər verir ki, günün ilk oyunu “Şəki” və “Sərhədçi” komandaları arasında baş tutub. Bu oyun “Sərhədçi” klubunun 92-81 hesablı qələbəsi ilə yekunlaşıb.

Ən məhsuldar basketbolçular: “Şəki” (Hüseyn Əsgərli – 20 xal, 5 ribaund), “Sərhədçi” (Cəbrayıl Əkbərov – 20 xal, 16 ribaund) Günün ikinci oyununda kubokun əsas favoriti “Sabah” “Gəncə” ilə qarşılaşıb. Oyunu 89-77 hesabı ilə qalib tamamlayan “Sabah” B qrupunda “NTD-İndiqo” ilə xallarının sayı bərabərləşdirib.

Ən məhsuldar basketbolçular: “Sabah” (Endər Poladxanlı – 25 xal, 8 ribaund), “Gəncə” (Derek Rouds – 21 xal, 2 asist)

Exit mobile version