AUT.AZ

Müharibədə ölən hakimə Milli Qəhrəman adı verilə bilər

Bu ilin yanvarında Rusiya ilə müharibədə həlak olan 27 yaşlı ukraynalı referi Vladimir Bezborotko Ukrayna Qəhrəmanı adını ala bilər.

Aut.az xəbər verir ki, Bezborotko Çernivtsi vilayətinin Futbol Assosiasiyasında çalışıb.

Hazırda Bezborotkoya Ukrayna Qəhrəmanı (ölümündən sonra) adının verilməsi ilə bağlı petisiya üçün imzalar toplanır. Bu il aprelin 16-dək Ukrayna prezidenti tərəfindən baxılması üçün petisiyanı  25 min nəfər imzalamalıdır.

Aut.az

Exit mobile version