AUT.AZ

Hitlerlə bağlı şüarlar səsləndirdilər, polis hərəkətə keçdi

“Latsio” azarkeşləri Almaniyada “Bavariya” ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu ərəfəsində “Hofbrauhaus” pivə restoranına toplaşaraq faşist şüarları səsləndiriblər.

Aut.az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşri məlumat yayıb .

Azarkeşlər Benito Mussoliniyə həsr olunmuş şüarlar səsləndirib, həmçinin Roma salamı adlanan sözdən istifadə ediblər. Daha sonra polis məkana basqın edib. Nəticədə 18 yaşlı bir fanat faşist salamı nümayiş etdirdiyi üçün həbs olunub. Bir müddət sonra o, azadlığa buraxılıb.

“Hofbräuhaus” 1920-ci ilin fevralın 20-də Adolf Hitlerin orada Nasist Partiyasının rəsmi proqramına çevrilmiş “25 bənd”i elan etməsi və Alman Fəhlə Partiyasının adının Milli Sosialist Alman Fəhlə Partiyası adlandırılmasını təklif etməsi ilə məşhurdur. Bu tarix NSDAP-ın yaranma tarixi hesab olunur.

Qeyd edək ki, ilk oyunda minimal hesabla uduzan “Bavariya” cavab matçında 3 cavabsız qolla qələbə qazanaraq 1/4 final mərhələsinə yüksəlib.

Exit mobile version