AUT.AZ

Bir neçə qran-pridən sonra qərar verəcək: Gedir, yoxsa…

“Aston Martin” komandasının 42 yaşlı pilotu Fernando Alonso gələn mövsümdə karyerasını davam etdirib-etməyəcəyini hələ bilmir.

Aut.az xəbər verir ki, Alonso buna cari mövsümün gedişində cavab tapacağını bildirib.

“Gələn mövsüm üçün komanda haqqında düşünməzdən əvvəl karyeramı davam etdirmək istəyib-istəmədiyimə qərar verməliyəm. Düşünürəm ki, bunu etmək üçün mənə bir neçə qran-pri kifayət edəcək. Özümü yaxşı hiss edirəm, amma bu mövsüm təqvim çox çətindir. Bir az gözləməliyəm. 2026-cı ildə yeni qaydalar olacaq, bu mənim üçün maraqlı ola bilər”, – Alonso bildirib.

Daha əvvəl bildirilmişdi ki, 2025-ci ildə Luis Hemiltona əvəzləyici axtaran “Mercedes” ispaniyalıya iddialı ola bilər.

Aut.az

Exit mobile version