AUT.AZ

7 yaşlı qız Federeri belə məğlub etdi – VİDEO

Böyük Dəbilqə yarışlarının 20 qat çempionu, dünyanın sabiq bir nömrəsi, isveçrəli tennisçi Rocer Federer çinli 7 yaşlı qızla stolüstü tennis oynayıb.

Aut.az xəbər verir ki, onların görüşü bir setdən ibarət olub və “Ananas” ləqəbli Qui Duer daha güclü olub. “Rocerlə 24 saat” adlı silsilə çərçivəsində isveçrəli Yaponiyanın “Uniqlo” şirkəti ilə əməkdaşlıq edərək dünyanın böyük şəhərlərini gəzir və onların mədəniyyəti ilə tanış olur. Tokio, Nyu-York və London səfərlərindən sonra isveçrəli bu yaxınlarda Şanxaya səfər edib.

Səfəri zamanı o, yerli mədəniyyətə qərq olub, ənənəvi mətbəxdən nümunə götürüb, stolüstü tennis oynayıb və küçələrdə velosiped sürüb.

Xatırladaq ki, 42 yaşlı Federer 2022-ci ilin sentyabrında Londonda keçirilən Laver Kubokunda mübarizə apardıqdan sonra idmandan ayrılıb.

Aut.az

 

Exit mobile version