AUT.AZ

Ən yaxşı bombardirə “Futbol Əfsanəsi” mükafatı veriləcək: Amma…

“Mançester Yunayted” klubunun tarixinin ən yaxşı bombardiri Ueyn Runiyə “Futbol Əfsanəsi” mükafatı təqdim olunacaq .

Aut.az xbər verir ki, maraqlıdır ki, təltifetmə mərasim 7 ay sonra – oktyabrın 7-də Londonda keçiriləcək.

İngiltərə qadın milli komandasının lideri Farah Uillyams da mükafata namizəddir.

Qeyd edək ki, hazırda 38 yaşı olan Runi mankunianların tarixinin bombardiridir – 559 oyun, 253 qol. Əvvəllər o, həm də 53 topla İngiltərə millisinin də ən sərrast futbolçusu olub. Lakin liderliyi Harri Keyn (62) ondan təhvil alıb.

Ueyn futbolçu karyerası ərzində MY-dən savayı İngiltərənin “Everton” və “Derbi”, həmçinin ABŞ-ın DC United klublarında çıxış edib. Məşqçi kimi o, adı çəkilən son iki komandaya və “Birmingem”ə rəhbərlik edib.

Exit mobile version