AUT.AZ

UEFA Əliyar Ağayevi Mahir Emrelinin yanına göndərir

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.

Aut.az xəbər verir ki, o, Konfrans Liqasının 1/8 final mərhələsi çərçivəsində martın 7-də keçiriləcək “Dinamo” (Zaqreb, Xorvatiya) – PAOK (Yunanıstan) ilk qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.

Qarşılaşmanın VAR hakimi almaniyalı Saşa Stegemann, onun köməkçisi həmyerlisi Paşal Müller olacaq. Oyunun hakim-inspektoru isə norveçli Terje Houçdur.

Qeyd edək ki, “Dinamo”da Azərbaycan millisinin üzvü Mahir Emreli çıxış edir.

Exit mobile version