AUT.AZ

“Real” ona görə 70 milyon ödəmək istəmir

“Real”ın müdafiəçisi Alfonso Devis üçün “Bavariya”ya 70 milyon avro ödəməkdən imtina edib.

Aut.az xəbər verir ki, Madrid təmsilçisi kanadalı futbolçu üçün Almaniya klubuna bonuslar da daxil olmaqla 50 milyon avro təklif etmək niyyətindədir.

23 yaşlı oyunçunun özü maaşının ildə 20 milyon avroya qədər artırılmasını istəyir. Münhen komandası Alfonsoya bu qədər məvacib ödəməyə razı olmadığı üçün onu 70 milyon avroya satmaq niyyyətindədir.

Bu mövsüm kanadalı “Bavariya”nın heyətində 28 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı müdafiəçinin dəyərini 70 milyon avro qiymətləndirir. Devisin münhenlilərlə müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Exit mobile version