AUT.AZ

Parisdə-2024 təhlükə altında: Yenə oğurluq hadisəsi

2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları ilə bağlı məlumatlar yenidən cinayətkarların əlindədir.

Aut.az xəbər verir ki, bu barədə BFM TV hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, martın 1-də “Avicenna” hospitalının baş katibinin avtomobili sındırılıb. İçərisindən maddi-texniki təchizat planları və yarışlar zamanı hərəkətin təşkili barədə məlumatlar olan çanta və noutbuk oğurlanıb. Hazırda faktla bağlı araşdırma aparıldığı bildirilir.

Oxşar hadisə ötən ay da baş vermişdi. Həmin vaxt cinayətkarlar Paris meriyasının əməkdaşının noutbuku və Olimpiadanın təhlükəsizlik planları olan USB diskləri olan çantanı oğurlayıblar.

Qeyd edək ki, Parisdəki oyunlar iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

Exit mobile version