AUT.AZ

Onun da kumiri Ronaldo imiş

“Arsenal”ın vingeri Bukayo Saka Kriştiano Ronaldoya münasibətindən danışıb.

Aut.az xəbər verir ki, Saka bu barədə “Goal”a danışıb.

“Mən Ronaldo kimi uzun müddət oynamağı təsəvvür edə bilmirəm. Bir çox cəhətdən ona görə də ona çox hörmət edirəm. Gənc olanda Kriştiano mənim kumirim idi.

Bu məqamda nizam-intizamına və uğura diqqət yetirdiyinə görə ona daha çox hörmət edirəm. İstədiyi hər şeyə necə nail olacağını bilir. Təbii ki, Kriştiano xüsusi futbolçudur”, – Sako deyib.

Bu mövsüm Ronaldo “Əl-Nəsr”in heyətində bütün turnirlərdə 37 oyun keçirib, 34 qol vurub və 11 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 15 milyon avrodur.

Aut.az

Exit mobile version