AUT.AZ

Messi körpəni belə qorxutdu – VİDEO

Bir neçə gün əvvəl “İnter Mayami” Lionel Messinin iki qolu sayəsində “Orlando”ya 5:0 hesabı ilə qalib gəldi.

Aut.az xəbər verir ki, argentinalının qolları onun uğursuz cərimə zərbələrindən birini kölgədə qoyub. Leo matçın gedişində qapıya təqribən 20 metrlik məsafədən cərimə zərbəsi vurmaq şansı qazanıb. Lakin onun zərbəsi qeyri-dəqiq olub.

Top təkcə canlı divarın deyil, həm də “Orlando” qapısının üstündən uçaraq tribunaya düşüb və anası ilə ön sırada əyləşən azyaşlı qız uşağına tərəf istiqamətlənib. Yayımlanan videoya baxsaq, top körpəyə birbaşa dəyməyib, sadəcə onu sıyırıb. Lakin uşaq qorxudan ağlayıb.

Video qısa zamanda dünyaya yayılıb.

 

Exit mobile version