AUT.AZ

Haaland “Siti”dəki gələcəyindən danışdı

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland açıqlama verib.

Aut.az xəbər verir ki, o, “şəhərlilər”in düşərgəsindəki gələcəyi barədə danışıb:

“Mən burada çox xoşbəxtəm, xüsusən də ətrafımdakı insanlar sayəsində. Məşqçi və rəhbərlik heyrətamizdir. Mən həqiqətən xoşbəxtəm. Ancaq gələcəyin necə olacağını heç vaxt bilmirsən. Müqavilənin uzadılması? İndi bütün diqqətimi futbola yönəltmişəm”.

Xatırladaq ki, daha əvvəl mətbuatda “Barselona”nın idman direktoru Dekonun norveçli futbolçunun nümayəndələri ilə görüş keçirməsi, onun Kataloniya klubuna mümkün transferini müzakirə etdiyi barədə məlumatlar yayılmışdı. Haalandla “Real”ın da maraqlandığı da bildirilir.

Hücumçunun “Mançester Siti” ilə hazırkı müqaviləsi isə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Exit mobile version