AUT.AZ

Gürcü İspaniya vətəndaşı oldu: Görün bunu ondan kim istəyib

Yüngül çəkidə UFC çempionu İlia Topuriya İspaniya vətəndaşı olub.

Aut.az xəbər verir ki, bu barədə ölkə hökumətinin Nazirlər Kabinetinin əməkdaşı Pilar Aleqria məlumat verib.

Ötən ay 27 yaşlı idmançı İspaniyanın baş naziri Pedro Sançeslə görüşüb və o, gürcünü İspaniya vətəndaşı olmağa razı salıb.

“Topuriya 2012-ci ildən ölkəmizdə məşq edir, bu idman növündə təkmilləşdirmək, əzmkarlıq, zəhmətkeşlik nümunəsidir” – deyə hökumət başçısı bildirib.

Ötən ay İlia Topuria Anaheymdəki UFC 298 turniri çərçivəsində avstraliyalı Aleksandr Volkanovskini nokaut edib və yüngül çəki dərəcəsində çempion olub. O, MMA-da 15 döyüş keçirib və hamısında qələbə qazanıb.

Exit mobile version