AUT.AZ

Formula 1-in nəticələrinə müdaxilə olunub – İstintaq başladı

Beynəlxalq Avtomobil Federasiyasının ( FİA ) rəhbəri Məhəmməd bin Sulayem Formula 1 Qran Prisinin nəticələrinə mümkün müdaxiləyə görə istintaqa cəlb edilib.

Aut.az xəbər verir ki, bu barədə “BBC Sports” məlumat yayıb.

Mənbəyə görə, Sulayem ikiqat dünya çempionu və “Aston Martin” komandasının pilotu, ispan Fernando Alonsonun cəriməsini ləğv etmək üçün 2023-cü il Səudiyyə Ərəbistanı Qran Prisinin nəticələrinə müdaxilə edib.

Xatırladaq ki, Alonso karyerasında yüz podium həddini aşaraq yarışı üçüncü pillədə başa vursa da, daha sonra 10 saniyəlik cəriməyə görə beşinci yerə enib.

İspan onu pit-stopda ilkin cərimə xidmətini pozduğuna, maşını start şəbəkəsində düzgün saxlamamasına görə alıb – komandanın mexaniki ayrılmış vaxtdan əvvəl domkratla avtomobilə toxunub.

Həmin vaxt “Aston Martin” apellyasiya şikayəti verib və təmin olunub. Lakin bunun FİA rəhbərinin təsiri altında edildiyi bildirilir.

Aut.az

Exit mobile version